...

Qobustanda ağır yol qəzası baş verib (VİDEO)

Hadisə Materials 24 May 2025 00:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qobustan rayonu ərazisində baş verən ağır yol-nəqliyyat qəzası nəticəsində bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Trend xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Çağırış əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasedici heyəti dərhal hadisə yerinə cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, “FOTON” markalı yük avtomobili ilə “CHEVROLET” markalı minik maşınının toqquşması nəticəsində qəza baş verib. Zərbədən sonra yük avtomobili yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsində sıxılıb qalıb.

Yanğınsöndürən-xilasedicilər hadisə nəticəsində avtomobildə sıxılan 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi texniki vasitələrdən istifadə etməklə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hazırda qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti