...

ABŞ məhkəməsi Meksikanın sabiq nazirini 2,4 milyard dollar təzminat ödəməyə məcbur etdi

Dünya xəbərləri Materials 24 May 2025 01:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Florida ştatının məhkəməsi narkotik alveri və korrupsiya ittihamları ilə ABŞ-da həbsdə olan Meksikanın sabiq ictimai təhlükəsizlik naziri Xenaro Qarsia Luna və onun həyat yoldaşı Linda Kristina Pereyranı ümumilikdə 2,4 milyard dollardan çox məbləğdə təzminat ödəməyə məhkum edib.

Trend xəbər verir ki, bu barədə məlumatı CBS News yayıb.

Meksika hökumətinin yaydığı açıqlamaya əsasən, Luna onlarla dövlət müqaviləsi çərçivəsində korrupsiya və çirkli pulların yuyulması hallarında ittiham edilib. Məhkəmə qərarı, illərlə “super polis” imici ilə tanınan, lakin sonradan narkokartellərlə əlbir işlədiyi üzə çıxan keçmiş nazirin karyerasında növbəti dramatik dönüş kimi qiymətləndirilir.

Məhkəmə Qarsiya Lunanın 749 milyon dollar, həyat yoldaşının isə 1,74 milyard dollar ödəməsinə qərar verib. Bu məbləğ Meksika hökumətinin ilkin tələb etdiyi rəqəmdən üç dəfə çoxdur.

Meksikanın maliyyə kəşfiyyatı bölməsi iddia edir ki, cütlük qanunsuz gəlirləri vergi cənnətləri vasitəsilə xaricə çıxarıb və Florida ştatında daşınmaz əmlak, həmçinin digər aktivlər əldə edib.

Bu qərar həm ABŞ, həm də Meksikada yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması baxımından əlamətdar hesab olunur.

Xəbər lenti

Xəbər lenti