Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXXVI – mövsümün son turuna start verilib.
Trend xəbər verir ki, turun ilk və yeganə açılış oyunu Bakıda keçirilib.
Turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Sumqayıt” komandaları paytaxt təmsilçisinin meydanında qarşılaşıblar. Artıq I Liqaya yuvarlanan “Səbail” bu oyuna yalnız formal xarakter daşıyan bir qarşılaşma kimi çıxıb.
“Sumqayıt” isə rəqibini 4:1 hesabı ilə məğlub edərək Premyer Liqanı 8-ci pillədə başa vurub. Qeyd edək ki, bu mövqenin turnir baxımından ciddi əhəmiyyəti yoxdur.
XXXVI tura mayın 25-də yekun vurulacaq.
19:30. “Səbail” – “Sumqayıt” - 1:4