...

Luka Modriç karyerasını ABŞ-də davam etdirə bilər

İdman Materials 23 May 2025 23:34 (UTC +04:00)
Luka Modriç karyerasını ABŞ-də davam etdirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mövsümün sonunda “Real Madrid”dən ayrılacağını açıqlayan Luka Modriç karyerasını ABŞ-də davam etdirə bilər.

Trend xəbər verir ki, Lionel Messinin formasını geyindiyi “İnter Mayami” xorvatiyalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

MLS təmsilçisi yay transfer dövründə azad agent statusunda olacaq 39 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Luka Modriç cari mövsümdə “Real”ın heyətində 55 rəsmi oyuna çıxıb, 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti