...

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Sankt-Peterburqda “Azərbaycan muğamı” konsert tədbiri təşkil edilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 23 May 2025 20:23 (UTC +04:00)
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Sankt-Peterburqda “Azərbaycan muğamı” konsert tədbiri təşkil edilib (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə 21 may 2025-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş rəsmi qəbul çərçivəsində UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə “Azərbaycan muğamı” konsert tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət və hökumət rəsmiləri, Sankt-Peterburq hökumətinin nümayəndələri, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, politoloqlar, tələbələr və kursantlar, mətbuat nümayəndələri iştirak edib.

Tədbirin məqsədi Azərbaycanın qeyri-mədəni irs nümunəsi olaraq UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın təbliği və geniş auditoriyada tanıdılması olub.

Konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin incəsənət nümayəndələri Günay İmamverdiyeva, Altay Niftəliyev və Araz Ağaverdiyevin ifasında milli musiqimizin əvəzsiz nümunələri olan “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “İrəvanda xal qalmadı” xalq mahnıları, “Sizə salam gətirmişəm”, “Vətən gözəl”, “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” bəstəkar mahnıları və milli musiqimizin digər əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində Azərbaycanın milli musiqi alətləri, milli geyimləri və xalçaları nümayiş olunub, ölkəmizin zəngin musiqi mədəniyyətindən və xalçaçılıq sənətindən bəhs edən kitabların sərgisi keçirilib, eləcə də qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti