Bakı. Trend:
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 24 may saat 08:00-dan 27 may saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.