Bakı. Trend:
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Trend-in
məlumatına görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş
şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar.
Belə ki, bu şəxslər üçün Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd
ikiotaqlı, 20 ədəd üçotaqlı mənzillər satın alınacaq.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.
Agentlik sözügedən işlərin 8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.