...

Tramp Aİ-yə qarşı 50 faizlik rüsum qərarını dəyişməyəcəyini bildirib

Dünya xəbərləri Materials 24 May 2025 03:27 (UTC +04:00)
Tramp Aİ-yə qarşı 50 faizlik rüsum qərarını dəyişməyəcəyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına qarşı tətbiq ediləcək 50 faiz həcmində idxal rüsumları ilə bağlı qərarını yenidən nəzərdən keçirmək niyyətində olmadığını bəyan edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Mən sövdələşmə bağlamağa can atmıram. Biz artıq 50 faiz rüsumlarla bağlı razılaşmanı əldə etmişik. Lakin, təkrar edirəm, əgər Aİ ölkələri burada – ABŞ-də istehsalat yaradarlarsa, rüsumlar tətbiq olunmayacaq”, – deyə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Prezident əlavə edib ki, əgər hər hansı şirkət ABŞ ərazisində zavod tikmək niyyətində olarsa, həmin müddətdə rüsumların tətbiqinin təxirə salınması məsələsi müzakirə oluna bilər: “Düşünürəm ki, bu, uyğun bir yanaşma olar”.

Qeyd edək ki, Trampın 50 faizlik idxal rüsumlarının iyunun 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti