Bakı. Trend:
Futbol üzrə Braziliya millisinin ikiqat dünya çempionu Ronaldo “Valyadolid” klubundakı nəzarət paketini Şimali Amerika investisiya qrupuna satmaq üçün müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə məlumatı İspaniya klubunun rəsmi saytı yayıb.
Satış razılaşmasının qüvvəyə minməsi üçün İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.
İspaniyanın Marca nəşri yazır ki, klub bundan sonra Meksika, ABŞ və İspaniyadan olan bir neçə investorun daxil olduğu “Ignite” investisiya fonduna məxsus olacaq. Klubun yeni rəhbəri “Ignite” şirkətinin başçısı Qabriel Solares olacaq. Razılaşmanın dəyəri 50 milyon avro təşkil edir.
Qeyd edək ki, Ronaldo 2018-ci ildən “Valyadolid”in əsas sahibi idi. Lakin klub cari mövsümün sonunda İspaniya La Liqasını tərk edərək aşağı diviziona düşəcək.