Bakı. Trend:
"Mançester Yunayted" klubu icarəyə verdiyi futbolçuların satışından ciddi maliyyə gəliri əldə etməyə ümid edir.
Trend xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.
Klub rəhbərliyi Markus Reşford, Ceydon Sanço və Antoninin transferindən ümumilikdə təxminən 90 milyon funt sterlinq gəlir əldə etməyi hədəfləyir. Hazırda Reşford "Aston Villa", Antoni isə İspaniyanın "Betis" klubunda icarə əsasında çıxış edir. Ceydon Sanço isə mövsümün əvvəlindən "Çelsi"nin heyətindədir.
London klubu Sançonu 20–25 milyon funt arasında bir məbləğə transfer etmək öhdəliyinə malik olsa da, 5 milyon funt təzminat ödəməklə bu öhdəlikdən imtina edə bilər.
"Mançester Yunayted" bu potensial transferlərlə yalnız büdcəni gücləndirməyi deyil, həm də heyəti yenidən formalaşdırmağı planlaşdırır.