...

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 24 May 2025 11:46 (UTC +04:00)
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Trend xəbər verir ki, xəbərdarlıqda hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunduğu bildirilir.

Qeyd edilib ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

“Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti