...

Bu il Azərbaycanda kolbasa istehsalı azalıb

İqtisadiyyat Materials 24 May 2025 12:15 (UTC +04:00)
Bu il Azərbaycanda kolbasa istehsalı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 439 ton kolbasa məmulatları istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 84 ton azdır.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 355 ton kolbasa məmulatları istehsal edilmişdi.

Mayın 1-nə ölkədə 46,4 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 8,9 ton, yaxud da 16,1% azdır.

Qeyd edək ki, bəhs olunan dövrdə ölkədə 1,778 milyard manatlıq qida məhsulları istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti