...

Florian Virts "Liverpul"a keçmək istəyini bildirib

İdman Materials 24 May 2025 04:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyalı yarımmüdafiəçi Florian Virts "Bayer 04" Leverkuzen klubuna İngiltərənin "Liverpul" komandasına keçmək istədiyini rəsmən bildirib.

Trend xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

"Florian Virts "Bayer Leverkuzen"ə "Liverpul"a keçmək istəyini çatdırıb", – deyə Romano qeyd edib.

Onun sözlərinə görə, artıq tərəflər arasında müqavilə şərtləri razılaşdırılıb və alman futbolçu yalnız "Liverpul"a keçmək istədiyini açıq şəkildə ifadə edib.

"Daha əvvəl də bildirildiyi kimi, klublar arasında danışıqlar davam edir və "Liverpul Futbol Klubu" razılaşmanın yaxın günlərdə yekunlaşacağına inanır. Bu, uzun sürməyəcək", – insayder əlavə edib.

Xəbər lenti

Xəbər lenti