Bakı. Trend:
Serbiyalı ulduz tennisçi Novak Cokoviç karyerasında 100-cü titulunu qazanmağa çox yaxınlaşıb.
Trend xəbər verir ki, o, Cenevrədə keçirilən ATP turnirinin yarımfinalında britaniyalı Kemeron Norriyə qalib gələrək finala yüksəlib. Cokoviç mayın 24-də keçiriləcək finalda dünya reytinqində 6-cı yerdə qərarlaşan polşalı Hubert Hurkaçla qarşılaşacaq.
37 yaşlı Cokoviç artıq 13 fərqli il ərzində Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində 428 həftə ərzində 1-ci yeri tutmaqla bu sahədə rekordçudur. O, həmçinin 8 dəfə mövsümün sonunda dünya birincisi olub.
Cokoviç bu turnirdə qalib gələcəyi təqdirdə, karyerasının 100-cü titulunu qazanmış olacaq.