Bakı. Trend:
Ticarət sahəsində ABŞ üzərində üstünlük əldə etmək məqsədilə yaradılmış Avropa İttifaqının öhdəsindən gəlmək çox çətin olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Aİ-nin güclü ticarət, qeyri-monetar ticarət maneələri, ƏDV-ləri, gülünc korporativ cəzaları, pul manipulyasiyaları, ABŞ şirkətlərinə qarşı ədalətsiz və əsassız məhkəmə iddiaları ABŞ-da ildə 250 milyon dollardan çox ticarət kəsirinə gətirib çıxarıb.
“Onlarla müzakirələrimiz heç bir yerə getmir. Buna görə də mən 2025-ci il iyunun 1-dən başlayaraq Avropa İttifaqına birbaşa 50 faiz tarif tətbiq etməyi tövsiyə edirəm. Əgər məhsul ABŞ-da istehsal edilibsə, heç bir tarif olmayacaq”, - deyə Tramp əlavə edib.