Bakı. Trend:
Rusiyanın Orlov vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində helikopterin ekipajı həlak olub.
Bununla belə, həlak olanların sayı açıqlanmayıb.
İlkin ehtimala görə, hadisə texniki nasazlıq səbəbindən baş verib.