...

Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram - Paşinyan

Siyasət Materials 23 May 2025 18:48 (UTC +04:00)
Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram - Paşinyan
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mən Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində yazıb.

"Qeyd etməliyəm ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - o bildirib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-cı ildə İrlandiya və Ermənistanda, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada baş tutacaq.

Xəbər lenti

Xəbər lenti