...

Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikincidir - Nazir

İqtisadiyyat Materials 23 May 2025 19:35 (UTC +04:00)
Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikincidir - Nazir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Sənaye Parkında sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanışlıq zamanı bildirib.

"Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb.

Sənaye Parkında divar kağızının istehsalçısı olan "Mister Decor", rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan "Rail Trans Service", orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan "Eel Electric" və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti