...

MDM lisenziya almadan investisiya fondlarının aktivlərinin depozitarlığını həyata keçirə bilər - Müşfiq Əhmədli

İqtisadiyyat Materials 23 May 2025 12:12 (UTC +04:00)
MDM lisenziya almadan investisiya fondlarının aktivlərinin depozitarlığını həyata keçirə bilər - Müşfiq Əhmədli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

MDM bu funksiyanın həyata keçirilməsi üzrə layihəyə başlayıb və ilkin əməliyyat sxemləri hazırlanıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, investisiya fondlarının yaradılmasında ən vacib infrastruktur onların aktivləri üzrə depozitar fəaliyyətini həyata keçirən qurumdur: "Qanuna əsasən, investisiya fondları yaradılan zaman aktivlərinin qeydiyyatını aparan depozitar təyin etməlidirlər. Azərbaycanda investisiya fondlarının yaradılmasına maraq olmasına baxmayaraq, bu sahədə əsas problem özəl maliyyə sektorunda bu tip depozitarların mövcud olmamasıdır. Bu depozitarların olmamasının səbəbi isə mövcud bazar həcmləri və şərtlər altında onların yaradılmasının gəlirli olmamasıdır".

"Bu vəziyyəti nəzərə alan nəzarət orqanı qanuna dəyişiklik təklif edərək investisiya fondlarının depozitar funksiyasının MDM-ə verilməsini təmin etdi. Artıq Milli Depozit Mərkəzi lisenziya almadan investisiya fondlarının aktivlərinin depozitarlığını həyata keçirə bilər", - M. Əhmədli vurğulayıb.

"MDM bu funksiyanın həyata keçirilməsi üzrə layihəyə başlayıb və ilkin əməliyyat sxemləri hazırlanıb. Layihənin tətbiqi isə bir neçə sistemlər arasında məlumat mübadiləsini tələb etdiyindən mərhələli şəkildə həyata keçiriləcək.

Müvafiq qanunvericiliyə görə, investisiya fondları struktur olaraq səhmdar və paylı investisiya fondlarına bölünür. Paylı investisiya fondları isə açıq, interval və qapalı fondlara ayrılır. Bu növlərin hər birinin aktivlərinin idarə olunması və məlumatların açıqlanması ilə bağlı fərqli tələbləri var", - Əhmədli qeyd edib.

Xəbər lenti

Xəbər lenti