...

Gürcüstan və Azərbaycan uğurlu strateji tərəfdaşlıq nümunəsi nümayiş etdirir - Səfir

Siyasət Materials 23 May 2025 20:13 (UTC +04:00)
Gürcüstan və Azərbaycan uğurlu strateji tərəfdaşlıq nümunəsi nümayiş etdirir - Səfir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan və Azərbaycan çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan uğurlu strateji tərəfdaşlıq nümunəsi nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə münasibətlər yüksələn xətlə inkişaf edir.

Onun sözlərinə görə, tərəflər irimiqyaslı regional layihələri, o cümlədən, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Qara dəniz sualtı kabel layihəsini uğurla həyata keçirirlər.

"Bu təşəbbüslər Cənubi Qafqazın strateji rolunu xeyli gücləndirib. Bu gün Gürcüstan və Azərbaycan Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi tərəqqinin mühüm qarantıdır”, - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq sistemdə qeyri-sabitlik şəraitində regionda sabitliyin və dialoqun qorunması xüsusilə vacibdir.

"Gürcüstan regional sülh dialoqunu təşviq etməyə davam etməyə tam hazır olduğunu bəyan edir", - Zurab Pataradze vurğulayıb.

O, həmçinin, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda səfir Azərbaycan xalqını qarşıdan gələn 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, onlara sülh, firavanlıq və gələcək uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti