...

Avroliqada finalın adı bəlli oldu: “Monako” – “Fənərbağça”

İdman Materials 24 May 2025 02:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Basketbol üzrə Avroliqada sonuncu finalçının adı müəyyənləşib.

Trend xəbər verir ki, “Dördlər finalı” mərhələsinin ikinci yarımfinal qarşılaşmasında Fransa təmsilçisi “Monako” Yunanıstanın “Olimpiakos” klubunu 78:68 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Beləliklə, həlledici oyunda “Monako” Türkiyənin “Fənərbağça” kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avroliqa finalı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti