Bakı. Trend:
Bu gün minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının qrup mərhələsində növbəti oyununa çıxıb.
Trend xəbər verir ki, Bakıda təşkil olunan turnirin II turunda Elşad Quliyevin başçılıq etdiyi kollektiv Sloveniya ilə qarşılaşıb. İlk turda Bəhreynlə 1:1 hesablı heç-heçə edən yığmamız bu dəfə qələbəyə sevinib.
Millimiz rəqibini inamla – 4:0 hesabı ilə məğlub edərək qrupda liderliyə yüksəlib.
Qeyd edək ki, qrupun digər görüşündə Mavritaniya Bəhreyn üzərində 2:0 hesablı qələbə qazanıb.
20:45. Sloveniya - Azərbaycan - 0:4