...

Azərbaycan cüdoçuları veteranlar arasında Avropa çempionatında 3 qızıl və 1 bürünc medal qazanıblar (FOTO)

İdman Materials 24 May 2025 00:19 (UTC +04:00)
Azərbaycan cüdoçuları veteranlar arasında Avropa çempionatında 3 qızıl və 1 bürünc medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Trend xəbər verir ki, M-4 yaş kateqoriyasında çıxış edən Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüblər.

M-3 yaş kateqoriyasında mübarizə aparan Samir İsmayılov (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə Fərhad Rəcəbli (M-8, 90 kq) də qızıl medal qazanmışdı.

Hazırda Azərbaycan yığması ümumilikdə 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti