Bakı. Trend:
Premyer Liqada XXXVI turun oyunları davam edir.
Trend xəbər verir ki, ilk olaraq "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Ardınca isə "Sabah" "Neftçi" ilə qarşılaşacaq. Matçın start fiti saat 19:30-da start götürəcək.
Turnir cədvəlində "Qarabağ" 86 xalla liderdir, "Sabah" 45 xalla beşinci sırada yer alıb. 43 xalı olan "Neftçi" altıncı və 36 xala malik "Şamaxı" yeddinci yerdə qərarlaşıb.