...

Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar - Paşinyan

Siyasət Materials 4 Fevral 2026 18:03 (UTC +04:00)
Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar - Paşinyan
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Əbu-Dabi. Trend:

Ermənistanla Azərbaycan arasındakı bu prosesi təsəvvür etmək mümkünsüz idi. Buna baxmayaraq, biz inanılmaz bir nailiyyət əldə etdik. Bu səbəbdən 2025-ci ildə sülh bərqərar oldu. İndi isə baş verənlər yenə də inanılmaz görünür.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

“Sülh və bu mükafatın verilməsi nəinki onun qeyd edilməsidir, bu, həmçinin onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti