...

ZİYAFƏT ƏSGƏROV: "MÜNAQİŞƏ BÖLGƏSİNƏ NATO SÜLHMƏRAMLILARININ YERLƏŞDİRİLMƏSİNDƏN DANIŞMAQ HƏLƏ TEZDİR"

Siyasət Materials 16 İyun 2005 13:34 (UTC +04:00)

"Dağlıq Qarabağdakı münaqişə bölgəsinə NATO-nun sülhməramlı qüvvələrinin yerləşdirilməsindən danışmaq hələ tezdir". Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, bununla bağlı məsələlər hələlik Ermənistan və Azərbaycan dövlət rəhbərlərinin danışıqlarında müzakirə predmetinə çevrilməmişdir. "İyunun 17-də iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan Fransa paytaxtında bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair müzakirələri davam etdirəcəklər. Ehtimal var ki, bu görüşdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin də görüşü keçirələcəkdir. Danışıqlar işğalçı Ermənistan qoşunlarının Dağlıq Qarabağın ətrafında zəbt olunmuş Azərbaycanın 7 rayonundan çıxarılması ətrafında aparılır. Yalnız bu görüşlərdən sonra hansısadigər məsələlər ətrafında müzakirələr aparılacağından danışmaq olar ",- deyə Ziyafət Əsgərov bildirmişdir.

Xəbər lenti

Xəbər lenti