...

ASİM MOLLAZADƏ: AŞPA-NIN DAĞLIQ QARABAĞ ÜZRƏ KOMİTƏSİNİN NÖVBƏTİ GÖRÜŞÜ SENTYABRIN 12-DƏ PARİSDƏ KEÇİRİLƏCƏK

Siyasət Materials 23 İyun 2005 21:58 (UTC +04:00)

Bu gün Strasburqda Dağlıq Qarabağ üzrə komitənin birinci iclası keçirilib.Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin üzvü Asim Mollazadə agentliyinə bildirib ki, bugünkü iclasda müxtəlif təşkilati məsələlər müzakirə olunub, növbəti görüşün vaxtı müəyyən edilib.

"AŞPA-nın Dağlıq Qarabağ üzrə komitəsinin növbəti iclası sentyabrın 12-də Parisdə keçiriləcək.Razılıq əldə olunub ki, həmin iclasda ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin nümayəndələri iştirak edəcək" -deyə Asim Mollazadə bildirib.

Xəbər lenti

Xəbər lenti