...

RAMİL USUBOV: "PARLAMENT SEÇKİLƏRİNİN ŞƏFFAF VƏ DEMOKRATİK KEÇİRİLMƏSİNİ TƏMİN ETMƏK ÜÇÜN ŞƏXSİ HEYƏTLƏ İŞ APARILACAQDIR"

Siyasət Materials 27 İyun 2005 15:21 (UTC +04:00)

"Parlament seçkiləri ilə əlaqədar ölkədə ictimai asayışın qorunması, seçkilərdə namizəd kimi iştirak edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması , eləcə də seçkiqabağı təbliğat kampaniyalarının aparılması və seçki məntəqəlrinin mühafizəsinin təmin olunması istiqamətində Daxili İşlər Nazirliyinin(DİN) əməkdaşları üzərlərinə düşən bütün vəzifələri yerinə yetirəcəklər". Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Trend ə verdiyi eksklüziv müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, bu məqsədlə DİN-də artıq müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.

"Əvvəlki illərdə keçirilmiş seçkilərdə təhlükəsizliyin təmin olunmasında DİN-in əməkdaşları artıq müəyyən təcrübə toplamışlar.Bununla belə, əldə olunmuşlarla kifayətlənmirik. Artıq iyul ayından başlayaraq mərkəzi aparatın təcrübəli əməkdaşları zona müşavirələrində iştirak etmək üçün respublikanın bölgələrinə səfərlər edəcəklər. İri şəhər və rayon mərkəzlərində təşkil olunacaq bu müşavirələrdə ətraf rayonların da şəxsi heyət üzvləri iştirak edəcəkdir. Bu müşavirələrin keçirilməsində əsas məqsəd seçkilərin şəffaf və demokratik keçirilməsini təmin etmək üçün şəxsi heyət arasında mühazirələr və seminarlar təşkil etməkdir. Seminarlarda polis əməkdaşlarına seçki məntəqələrinin təhlükəsizliyinin qorunmasından tutmuş, insanların təhlükəsizliyinin təmin olunmasınadək bütün təlimatlar veriləcəkdir"-deyə Ramil Usubov bildirmişdir.

Daxili işlər nazirinin sözlərinə görə, əvvəlki illərdə qazanılmış təcrübə onu deməyə əsas verir ki, DİN orqanı əməkdaşları parlament seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ biləcəklər.

Xəbər lenti

Xəbər lenti