...

"QAZEKSPORT" AZƏRBAYCANA QAZ TƏDARÜKÜNÜ BƏRPA EDİB

Siyasət Materials 7 İyul 2005 20:52 (UTC +04:00)
"QAZEKSPORT" AZƏRBAYCANA QAZ TƏDARÜKÜNÜ BƏRPA EDİB

Bu gün "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Dağıstan ərazisində boru kəmərində baş vermiş qəzadan sonra Azərbaycana qaz tədarükünü bərpa edib. Azəriqaz QSC-də Trend agentliyinə bildirilib ki, hazırda "Qazeksport" Azərbaycana bu ay yanacaq tədarükü qrafikinin saxlanılması məqsədilə 14,5 mln. m3 qaz verir.

Yanvar-iyunda Azərbaycan "Qazeksport" MMC-dən 2,6 mlrd. m3 qaz alırdı ki, bu da 2004-cü ilin birinci yarısında verilən qazdan 99 mln. m3 azdır.İyunda Azərbaycana 367,1 mln. m3 qaz tədarük olunub ki, bu da 2004-cü ilin iyununda idxal olunan qazla müqayisədə 71,1 mln. m3 azdır.

Cari ildə ARDNŞ "Qazeksport" dan 6 mlrd. m3 qaz almağı planlaşdırır.Təbii qaz ölkəyə Şirvanovka- QazıMəmməd bolru kəməri ilə tədarük olunur.

Xəbər lenti

Xəbər lenti