...

Y.MERZLYAKOV: KAZANDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN "NİZAMA SALINMASININ ƏSASLARI ÜZRƏ " İŞ BAŞA ÇATDIRILA BİLƏR

Siyasət Materials 8 İyul 2005 17:22 (UTC +04:00)
Y.MERZLYAKOV: KAZANDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN "NİZAMA SALINMASININ ƏSASLARI ÜZRƏ "  İŞ BAŞA ÇATDIRILA BİLƏR

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona qarşıdakı səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsaslarının hazırlanması üzrə iş davam etdiriləcək.Bu barədə Trend agentliyinə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov vasitəçilərin iyulun 10-16-na regiona planlaşdırılmış səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakıda rəsmi şəxslərlə görüşlər iyulun 11-nə planlaşdırılıb, bundan sonra yekun mətbuat konfransı keçiriləcək. "Çox yaxşı işgüzar əhvali-ruhiyyə var.

Mən düşünürəm ki, bizim Bakıya səfərimiz gələcək danışıqlar prosesi üçün çox faydalı olacaq.Biz bunu məhz bu nöqteyi-nəzərdən planlaşdırmışıq"-deyə diplomat əlavə edib.

Y.Merzlyakov bildirib ki, səfər çərçivəsində "məsələnin müxtəlif variantları" müzakirə olunacaq. "Biz istəyirik ki, Kazanda (avqustun 26-27-nə MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılıb) bu iş başa çatdırılsın"- deyə o qeyd edib.

Həmməruzəçi bildirib ki, Kazandakı sammitədək Ermənistan və Azərbaycanın xarici işlər nazirləri məsləhətləşmələrin daha bir raundunu keçirəcək.

Xəbər lenti

Xəbər lenti