...

VƏFA QULUZADƏ: DAĞLIQ QARABAĞDA REFERENDUMUN KEÇİRİLMƏSİNƏ RAZILIQ VERMƏK DÖVLƏTƏ XƏYANƏTƏ BƏRABƏRDİR

Siyasət Materials 14 İyul 2005 16:19 (UTC +04:00)
VƏFA QULUZADƏ: DAĞLIQ QARABAĞDA REFERENDUMUN KEÇİRİLMƏSİNƏ RAZILIQ VERMƏK DÖVLƏTƏ XƏYANƏTƏ BƏRABƏRDİR

Rəsmi Bakı Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq verməməlidir. Belə olan halda bu addım Azərbaycanın tarixi ərazilərinin itirilməsinə gətirib çıxarar.

Belə bir bəyanatla Azərbaycan prezidentinin siyasi məsələlər üzrə keçmiş müşaviri, politoloq Vəfa Quluzadə Trend ə verdiyi ekzkluziv müsahibəsində çıxış edib.

Onun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri açıq-aşkar Azərbaycanın əleyhinə olan bir mövqe nümayiş etdirirlər və onların hazırladıqları təkliflərində son on il ərzində heç bir dəyişiklik olunmayıb.

"Minsk Qrupu Azərbaycan rəhbərliyinə ərazilərinin itirilməsi faktı ilə razılaşmağı və Ermənistana açıq güzəştlərə getməyi təklif edir.

Dağlıq Qarabağda referendumun keçirilməsi barədə razılaşmanı imzalamaq da həmin təkliflərdən biridir", - deyə politoloq qeyd edib.

V.Quluzadə belə hesab edir ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən "çox banal tələ" hazırlayıblar.

Onlar Dağlıq Qarabağda referendumun indi yox, Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasından, deyək ki, 10 ildən sonra keçirilməsini təklif edirlər.

"Sovet İttifaqının süquta uğradığı dövrdə Dağlıq Qarabağda keçirilən əhalinin son siyahıyalanmasında ermənilər azərbaycanlılar üzərində sayca üstünlük əldə ediblər", - deyə xatırladan politoloq əlavə edib ki, bu cür refrendumun keçirilməsi Azərbaycanın öz ərazilərinin bir hissəsindən avtomatik olaraq məhrum olması demək olardı ki, buna da yol vermək olmaz. Prezidentin keçmiş dövlət müşavirinin fikrincə, "bu addım dövlət xəyanatinə bərabərdir".

Dağlıq Qrarabağın statusu mövzusuna toxunan Vəfa Quluzadə bildirib ki, bu məsələ ilə bağlı hər hansı bir qərar Azərbaycan Konstitusiyasında dəyişikliklərlə müşaiyət olunmalıdır.

"Konstitusiyada qeyd olunub ki, Azərbaycan unitar dövlətdir. Əsas qanunda dəyişikliklər isə yalnız ölkədə ümumxalq reyerendumunun keçirilməsi yolu ilə mümkündür", - deyə politoloq qeyd edib.

"Sülh danışıqları Azərbaycan ictimaiyyətinin aldadılmasıdır, Dağlıq Qarabağın statusu isə yalnız onun Azərbaycanın ayrılmaz hissəsi olmasıdır", -deyə V. Quluzadə bildirib.

Sonda politoloq regionda sülhməramlı kontingentin yerləşdirilməsi barədə məsələyə də mövqeyini bildirib. V.Quluzadə hesab edir ki, regiona hər hansı bir sülhməramlı qüvvənin yeridilməsi Azərbaycanın bütövlüyü üçün sonu həddən artıq fəlakətli ola biləcək gözlənilməz nəticələrə gətirib çıxara bilər və bu məsələ rəsmi Bakı tərəfindən müzakirə olunmamalıdır.

Xəbər lenti

Xəbər lenti