...

H. RƏCƏBLİ: BİZ ŞİMALİ KİPRƏ BİR MƏQSƏDLƏ – TÜRKİYƏ KİPRLİLƏRİNİ DƏSTƏKLƏMƏK ÜÇÜN GEDİRİK

Siyasət Materials 18 İyul 2005 13:40 (UTC +04:00)

Azərbaycanlı parlamentarilərdən ibarət nümayəndə heyətinin üzvləri İstambuldan Şimali Kiprə yola düşməzdən əvvəl Türkiyə jurnalistlərinin suallarına cavab veriblər.

Trend in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, sosial siyasət üzrə parlament komissiyasının sədri Hadı Rəcəbli qeyd edib ki, ikitərəfli əlaqələr tarixində ilk dəfə olaraq Azərbaycanın parlament nümayəndə heyəti belə iri tərkibdə Şimali Kiprə yola düşür.

"Biz Kiprə bir məqsədlə - Türkiyə kiprlilərini dəstəkləmək üçün gedirik", - deyə, H.Rəcəbli bildirib. O, həmçinin Şimali Kiprin Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət kəsb etdiyini vurğulayıb.

8 nəfərdən ibarət nümayəndə heyəti Kipr Türkiyə hava yolu aviaşirkətinin reysi ilə Şimali Kiprin paytaxtı Lefkoşu şəhərinə yola düşüb və 5 gün adada qalacaq.

Qeyd edək ki, yaxın günlərdə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan rəsmi Bakının Şimali Kiprlə əlaqələrin qurulması ilə bağlı atdığı addımları şərh edərək bildirib ki, Azərbaycanın bu istiqamətdə səyləri onun Şimali Kipr Türkiyə Cümhuriyyətini "de-fakto" tanımasından başqa bir şey deyil.

Xəbər lenti

Xəbər lenti