"Sentyabrın ikinci yarısında Azərbaycan prezidentinin yeni əfv fərmanı imzalayacağı gözlənilir". Bu haqda Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə Trend ə bildirmişdir. Onun sözlərinə görə, bu, "Əfv haqqında" Əsasnamənin tələblərindən irəli gəlir.
"Əsasnamədə dövlət başçısının ildə 4 dəfə əfv fərmanı imzalaması öz əksini tapmışdır. Bu il dövlət başçısı martın 20-də və iyunun 20-də artıq iki əfv fərmanı imzalamışdır. Gözlənilir ki, dövlət başçısı statusundan istifadə edərək, analoji fərmanı sentyabr ayında da atsın",-deyə Çingiz Qənizadə bildirmişdir.
Onun sözlərinə görə, növbəti əfv fərmanı ölkədə "siyasi məhbus" məsələsinə birdəfəlik son qoya bilər.