...

SENTYABRIN BİRİNCİ ONGÜNLÜYÜNDƏ AVROPA ŞURASININ BAŞ KATİBİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Siyasət Materials 1 Avqust 2005 12:35 (UTC +04:00)
SENTYABRIN BİRİNCİ ONGÜNLÜYÜNDƏ AVROPA ŞURASININ BAŞ KATİBİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Sentyabr ayının ilk ongünlüyündə Avropa Şurasının baş katibi Terri Devis Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Avropa Şurasının Bakıdakı informasiya ofisində bildirilib.

Məlumatda səfərin respublikada noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi ilə tanış olmaq məqsədi daşıdığı qeyd olunub.

Qeyd edək ki, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Matts Lindberq isə Terri Devisin Bakıya səfərinin qarşıdakı parlament seçkilərinin lazımi səviyyədə keçirilməsini Azərbaycan rəhbərliyinə izah etmək məqsədi ilə planlaşdırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti