...

ELMAR MƏMMƏDYAROV VƏ KONDOLİZA RAYS AZƏRBAYCAN-AMERİKA QARŞILIQLI MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ EDƏCƏK

Siyasət Materials 2 Avqust 2005 14:22 (UTC +04:00)

Bu gün - avqustun 2-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ-nın dövlət katibi Kondoliza Raysın görüşü keçiriləcək.

Trend agentliyi bildirir ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, ABŞ-nın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupunun iştirakçısı kimi rolu, Xəzər regionunda energetika layihələrinin gerçəkləşdirilməsi, Azərbaycanda 6 noyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq və d. məsələlər müzakirə ediləcək.

ABŞ-a beşgünlük işgüzar səfəri çərçivəsində Azərbaycan XİN başçısının Amerika hökumət nümayəndələri ilə danışıqları planlaşdırılıb.Xüsusilə E.Məmmədyarov Pentaqonda və Milli Təhlükəsizlik Şurasında danışıqlar aparacaq.

Həmçinin Beynəlxalq Demokratiya İnstitutunun (NDI), Beynəlxalq Respublikaçılar İnstitutunun, Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) nümayəndələri ilə dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Avqustun 3-də Elmar Məmmədyarov Azərbaycanın Ticarət və Mədəniyyət Mərkəzində Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri qarşısında Azərbaycanda aparılan iqtisadi islahatlara dair çıxış edəcək.

Avqustun 4-də Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin Kornegi Fondunda çıxışı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti