...

AZƏRBAYCANIN REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI AÇIQLANIB

Siyasət Materials 4 Avqust 2005 12:53 (UTC +04:00)
AZƏRBAYCANIN REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI AÇIQLANIB

Trend in xəbər verdiyi kimi, avqustun 4-də Azərbaycanın regionlarının, o cümlədən Quba Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər planı rəsmən açıqlanıb.

Plan çərçivəsində Bakıda və respublikanın bütün iqtisadi rayonlarında "Aqrolizinq" ASC bazaları yaradılacaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrlə təmin olunmaları, torpaqların məhsuldarlığının, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə gübrənin əldə olunması, saxlanılması və satışının təşkil olunmasına dair təkliflər hazırlanacaq.

Həmçinin "Aqrolizinq" ASC-nin iqtisadi effektivliyinin artırılması məqsədilə bu cəmiyyətin fəaliyyətinə nəzarətin həyata keçirilməsinin Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsinə dair təkliflər hazırlanaraq prezidentə göndəriləcək.

"Gənclər evi" sosial xidmət müəssisələr şəbəkəsinin yaradılması, uşaq istirahət düşərgələrinin fəaliyyətinin bərpası və yeni düşərgələrin inşası, ölkənin turizm potensialından səmərəli istifadə edilməsi məqsədilə layihələrin həyata keçirilməsi, turizm zonaları ilə bağlı məsələləri nizamlayan normativ-hüquqi aktın qəbul edilməsi, turizmin inkişafı üçün yararlı ərazilərin xəritələrinin hazırlanması üzrə tədbirlərin görülməsi, şəhər və kəndlərarası yolların əsaslı təmir olunması üçün tələb olunan vəsaitlərə dair təkliflərin hazırlanaraq prezidentə təqdim olunması nəzərdə tutulur.

Planın icrası Nazirlər Kabinetinə, həmçinin rayon icra hakimiyyəti və şəhər orqanlarına həvalə edilir.

Qeyd edək ki, bu plan artıq prezident İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti