...

AVQUSTUN 8-NƏ OLAN KRİMİNAL XRONİKA

Siyasət Materials 9 Avqust 2005 14:19 (UTC +04:00)

Avqustun 8-də gün ərzində 30 cinayət faktı qeydə alınıb. Bu barədə məlumat Trend ə DİN mətbuat xidmətindən verilib. Məlumatda göstərilir ki, həmin gün daxili işlər orqanları tərəfindən 30 cinayət faktı qeydə alınıb. Onlardan 25-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

Xəbər lenti

Xəbər lenti