...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ VƏ QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİ TƏŞKİLAT ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Siyasət Materials 19 Avqust 2005 13:03 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) çərçivəsində əməkdaşlıq perspektivləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla təşkilatın baş katibi Tedo Caparidzenin görüşündə müzakirə olunub. Bu barədə Trend ə XİN-də məlumat verilib.

Görüşdə təşkilat çərçivəsində əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin QİƏT-yə üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrda Kişinyovda keçiriləcək görüşlərinə hazırlıq məsələlərini müzakirə edib.

Əsas diqqət Aİ, GUAM kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına yönəldilib. Azərbaycanın XİN başçısı və QİƏT baş katibi energetika, nəqliyyat, həmçinin təşkilati məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti