İctimai Televiziyanın efirə çıxacağı dəqiq tarix müyyən olunub. Trend in məlumatına görə, bu tarix avqustun 29-a təsadüf edir. Birinci gün tamaşaçılara tanışlıq xarakterli verilişlər təqdim olunacaq. Yeni kanalın açılışı və efirə çıxışında bəzi hökumət üzvləri də iştirak edəcək.
Bu gün İctimai Televiziyanın yayımlarının əhatə sahəsi bütün Azərbaycan ərazisinin 70%-ni təşkil edir və ilin sonuna kimi onun bütün ölkə ərazisiin əhatə etməsi planlaşdırılır. İctimai Televiziya 14-cü kanalla yayımlanacaq.