"Hürriyyət" qəzetinin 2 sentyabr sayında Azərbaycan prezidenti İlham Əliyevin həmin qəzetin informasiya məsələləri üzrə direktoru, jurnalist Tufan Türencə verdiyi müsahibə dərğ olunub.
Trend in məlumatına əsasən, müsahibədə Azərbaycan prezidentinin Kiprin yunan icmasının prezidenti Papadopulosun rəsmi Bakının Şimali Kiprlə iqtisadi əlaqələr qurması ilə bağlı kəskin tənqidindən ibarət məktubunu açmadan kənara qoyduğu qeyd olunur.
Sonra müəllif Azərbaycan prezidentindən sitat gətirir: "Yunanıstan rəhbərliyi bizim səfirimizi XİN-ə çağıraraq və ona nota verərək Azərbaycana münasibətdə ilk cavab addımı atıb.Sonra Kipr Respublikasından Bakının ünvanına məktub gəlib.Mənhətta məktubu amamış kənara qoydum.Heç kim Azərbaycana təzyiq edə bilməz".
Prezident İlham Əliyev qeyd edib ki, "Kiprin yunan icmasından göndərilən məktubun müəllifinin adını xatırlamır".Dövlət başçısı xatırladıb ki, çoxları onun Şimali Kiprin təcridi rejimini yarmaq cəhdi barədə bəyanatına inanmırdı. " Mənim ünvanıma çox tənqidi məqalələr var idi.Amma mən vədimə əməl etdim.
Digər türkdilli dövlətlərin həmin problem üzrə Azərbaycanın mövqeyini dəstəkləməsinin vaxtı çatıb. "İndi belə addımların atılması üçün növbə onlarındır" -deyə İ.Əliyev bildirib.
Həmin istiqamətdə Azərbaycan Azərbaycan tərəfdən yeni təşəbbüslər gözlənilirmi? -sualına İ.Əliyev cavab verib ki, "Bizdən asılı olan hər bir şeyi edirik və inanırıq ki, Kiprin təcridi ləğv edilməlidir.Ədalətsizliyə son qoyulmalıdır.Nə üçünsə BMT-nin adanın yenidən birləşdirilməsi üzrə planını dəstəkləyən tərəf cəzalandırılır".