...

OKTYABRDA QUAM ÖLKƏLƏRİ EKSPERTLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Siyasət Materials 5 Sentyabr 2005 12:45 (UTC +04:00)

Oktyabrda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri ekspertlərinin növbəti görüşü keçiriləcək. Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, ekspertlər GUAM əsasında yaradılacaq təşkilatın nizamnamə sənədlərinin işlənib hazırlanmasını davam etdirəcəklər.

Nizamnamə sənədləri birlik ölkləri başçılarının 2005-ci il aprelin 22-də Kişinyov sammitində əldə etdikləri razılaşmaya əsasən işlənib hazırlanır. Belə görüşün keçirilməsinə dair qərar isə avqustun 30-31-də Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan nümayəndələrin iştirak etdikləri, ekspretlər qrupunun Kiyevdə keçirilmiş iclasında qəbul olunub. İclas iştirakçıları Ukrayan tərəfinin təklif etdiyi Nizamanmənin layihəsini, həmçinin, gələcək təşkilatın təsis sənədlərinin layihələrini müzakirə ediblər.

İşçi qrupunun iclasında 2005-2006-cı illər üçün iş planı təsdiq olunub, Birlik çərçivəsində iqtisadi-ticarət əlaqələrinin gələcəkdə inkişafı, o cümlədən GUAM ölkələri arasında azad ticarət zonasının yaradılmasına dair Sazişin reallaşdırılması və İqtisadi forumun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti