"Azərbaycançı Qüvvələr seçki bloku Mərkəzi Seçki Komissiyasına müraciət edib". Bu barədə Trend ə müxalifətyönlü Azərbaycançı Qüvvələr (AQ) seçki blokunun seçki qərargahının rəhbəri Rövşən Əhmədli məlumat verib.
R.Əhmədli bildirib ki, blok tərəfindən 70 saylı Masallı seçki dairəsindən namizədliyi irəli sürülən Abdullayev Vaqif Ağasahib oğlunun (Azərbaycan İslam Partiyasının üzvü) naməlum səbəblər üzündən qeydə alınmaması məsələsi blokun toplantısında müzakirə edilib: "Belə qərara gəlindi ki, Mərkəzi Seçki Komissiyasına müraciət edək".
R.Əhmədli blokun 108 saylı Ağstafa seçki dairəsindən namizədi olan Elxan Müsayevin də təzyiqlərə məruz qaldığını söyləyib: "Onu isə dini icmanın üzvü olduğuna görə incidiblər".
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən AQ seçki blokunun namizədlərinə qarşı edilən haqsızlıqlardan da danışan R.Əhmədli MSK-yə edilən müraciətlər nəticə verməzsə daha yüksək orqanlara şikayət edəcəklərini bildirib.