...

MİRMAHMUD MİRƏLİOĞOU: "MÜXALİFƏT PARTİYALARININ BİR-BİRİ İLƏ ƏMƏKDAŞLIQ EDƏCƏYİNƏ İNANMIRAM"

Siyasət Materials 9 Sentyabr 2005 17:03 (UTC +04:00)

"Parlament seçkisində hansısa siyasi partiyaların, seçki bloklarının bir-biri ilə əməkdaşlıq edəcəyinə inanmıram. Çünki hər dəfə əməkdaşlıqla bağlı vəd verən şəxsləri yaxşı tanıyıram". Bu fikirləri Trend ə açıqlamasında "Klassiklər" AXCP-sinin sədri Mirmahmud Mirləoğlu bildirib.

O qeyd edib ki, noyabrın 6-da keçiriləcək parlament seçkisində partiyasının dəstəklədiyi və özünün irəli sürdüyü namizədlərin siyahısını yaxın günlərdə açıqlayacaq. Bununla bağlı namizədlər siyahısının təqdimat mərasimini keçirəcək.

AXCP-nin (klassiklər) dəstək verdiyi namizədlər siyahısında müxtəlif siyasi qurumlara, o cümlədən "Azadlıq", "Yeni Siyasət", "Demokratik Azərbaycan" və digər seçki bloklarına daxil olan şəxslər, həmçinin, heç bir siyasi partiyanın üzvü olmayan bitərəf namizədlər var. M.Mirəlioğlu partiyadan kənar namizədlərə dəstək vermələrinin səbəbləri barədə də açıqlama verib.

O bildirib ki, AXCP-nin bütün bölgələrdə şöbələri var və onların bir seçici kimi kimə səs verməsini, öz ərazilərindən millət vəkili seçməsini müəyyənləşdirmək məqsədilə partiya ölkə üzrə bütün seçki dairələrindən vahid namizədlər üzərində dayanıb və öz üzvlərini onlara səs verməyə çağırır.

M.Mirəlioğlu onu da qeyd edib ki, seçkilərlə bağlı müxalifət partiyaları və seçki blokları arasında əməkdaşlıq sazişi bağlanmasının heç bir əhəmiyyəti yoxdur. Çünki verilən vədlər yerinə yetirilmir, razılaşmalar isə qarşılıqlı olmalıdır: "Hər kəs özünə görə gəlişigözəl sözlər deyir, əməkdaşlıqdan danışır.

Amma mən bu vəd verənlər insanları yaxşı tanıyıram, çünki ömrümün xeyli hissəsini onlarla bir yerdə xərcləmişəm. Ona görə də hər hansı əməkdaşlığın baş tutacağına inanmıram", - deyə M.Mirəlioğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti