...

HEYDƏR ƏLİYEV FONDU AZƏRBAYCANDA DAHA 500 MƏKTƏB TİKƏCƏK

Siyasət Materials 10 Sentyabr 2005 14:11 (UTC +04:00)

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində hazırda tikilən 132 məktəbdən başqa, gələn il daha 500 məktəb tikiləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Fondun perezidenti, YUNESKO-nun xoş məramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin cənub regionlarına səfəri çərçivəsində baş çəkdiyi Masallı rayonunun Təzəkənd məktəbinin kollektivi ilə görüşü zamanı bildirib.

Fond hesabına yenidən inşa edilmiş Təzəkənd məktəbinin kollektivi M.Əliyevaya 22 sinif otaqlı məktəb binasının cəmi 42 günə tikildiyi barədə məlumat verib. Burada təxminən 500 şagirdin təhsili və tərbiyəsi ilə 35 müəllim məşğul olacaq.

M.Əliyeva, həmçinin, kəndin sakinləri ilə söhbət edərək onların qayğı və problemləri ilə maraqlanıb, yeni məktəb müəllimləri və şagirdlərini təbrik edib.

Xəbər lenti

Xəbər lenti