...

ELDAR MAHMUDOV: "MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ SEÇKİQABAĞI ÖLKƏDƏ QEYRİ-STABİLLİYİN YARADILMASINA İMKAN VERMƏYƏCƏK"

Siyasət Materials 12 Sentyabr 2005 14:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudov jurnalistlərlə söhbətində bildirib ki, müxalifət hər hansı aksiyasını qanun çərçivəsində həyata keçirərsə, MTN buna mane olmayacaq. Trend in məlumatına görə, nazir qanunsuz keçiriləcək hər hansı aksiyanın qarşısını alacağını söyləyib.

Onun sözlərinə görə, seçkiqabağı ölkədə qeyri-stabilliyin yaradılmasına imkan verilməyəcək. Milli Təhlükəsizlik Nazirliyi bu cür qanunsuzluqların qarşısını almağa qadirdir.

Eldar Mahmudov MTN təcridxanasında saxlanılan iki Ermənistan vətəndaşı ilə bağlı məlumat da verib. O qeyd edib ki, onların başqa ölkəyə verilməsi ağır və həlli tez bir zamanda mümkün olmayan prosesdir. "Bu istiqamətdə tədbirləri davam etdirirk. Bəzi ölkələrlə danışıqlar aparırıq. Mənə elə gəlir ki, bu məsələ müsbət həll olunacaq", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti