...

YENİ AZƏRBAYCAN PARTİYASI SEÇKİ GÜNÜNƏ QƏDƏR BİR NEÇƏ DƏFƏ MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 13 Sentyabr 2005 12:47 (UTC +04:00)
YENİ AZƏRBAYCAN PARTİYASI SEÇKİ GÜNÜNƏ QƏDƏR BİR NEÇƏ DƏFƏ MİTİNQ KEÇİRƏCƏK

"Yeni Azərbaycan Partiyası (YAP) seçkilər gününə qədər bir yox, bir neçə neçə dəfə izdihamlı mitinq keçirəcək". Bu barədə Trend agentliyinə hakim YAP icra katibinin müavini, millət vəkili Bahar Muradova bildirib.

Onun sözlərinə görə, YAP-ın planlaşdırdığı mitinqlər yalnız "Qələbə" meydanında nəzərdə tutulmayıb: "Biz yerli icra strukturlarına müxtəlif ünvanlar təklif edəcəyik. Hansını məqbul saysalar, orada mitinqlər keçirəcəyik".

B.Muradova onu da qeyd edib ki, hakim partiya müasir dünyanın istifadə etdiyi seçki təbliğat kampaniyasına qoşulub. YAP-ın bölgələrdə, regionlarda namizədlərin seçicilərlə görüş planı mərhələ-mərhələ həyata keçirilməkdədir: "Seçki Məcəlləsində nəzərdə tutulan bütün qaydalardan, namizədlər üçün Az.TV-də ayrılan vaxtdan artıq istifadə edirik".

300-dən çox YAP üzvünün namizədliyinin qeydə alındığını bildirən B.Muradova onların təbliğat və təşviqatı üçün bütün vəsaitlərin hazır olduğunu qeyd edib: "YAP öz seçki təbliğatı ilə bütün siyasi qüvvələrə nümunə olacaq. Bu seçkilərdə də qələbə yalnız bizim adımıza yazılacaq. Buna əsas verən amillərdən biri xalqa xidmət etməyimizdir".

Xəbər lenti

Xəbər lenti