"24 saylı Nizami ikinci seçki dairəsində namizədliyi qeydə alınan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mərkəzi Seçki Komissiyasına (MSK) məktub ünvanlayıb". Bu barədə Trend agentliyinə ALDP sədri F.Əliyev məlumat verib.
Partiya sədrinin sözlərinə görə, MSK-ya məktubla müraciət etməkdə məqsəd Nizami rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyevin YAP-ın seçki siyahısı üzrə 24 saylı Nizami seçki dairəsindən namizədliyi qeydə alınan bacısının həyat yoldaşı İqtisadi İnkişaf Nazirliyinin Çek Auksion Mərkəzinin direktoru Ağəli Əhmədovun seçki təbliğatına qeyri-qanuni yardım göstərməsidir.
MSK-dan aldığı məlumata əsasən, ALDP rəhbəri qeyd edib ki, müraciətə sentyabrın 14-15 arasında komissiyanın iclaslarında müzakirə ediləcək: "Məsələ qanun çərçivəsində həll edilməzsə, əlacımız beynəlxalq təşkilatlara şikayət etməyə qalacaq".