...

VENESİYA KOMİSSİYASI AZƏRBAYCANIN SEÇKİ MƏCƏLLƏSİNƏ MÜNASİBƏTİNİ BİLDİRİB

Siyasət Materials 13 Sentyabr 2005 15:01 (UTC +04:00)

Avropa Şurasının Venesiya Komissiyası (VK) və ATƏT-in İnsan haqları və demokratik institutlar üzrə Bürosu (İHDİB) belə qərara gəliblər ki, 2003,2004 və 2005-ci illərdəki tövsiyyələr Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməyib. Respublikanın Seçki Məcəlləsi (SM) ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) öhdəliklərinə cavab vermir.

Trend in məlumatına görə, bu barədə Azərbaycanın Seçki Məcəlləsi üzrə ATƏT və Venesiya Komissiyasının birgə qiymətləndirməsinin yekun mətninin layihəsində bildirilir.

Layihəyə görə, Venesiya Komissiyası hesab edir ki, Azərbaycanın Seçki Məcəlləsində edilən dəyişiklər və əlavələr Azərobaycanın seçki praktikasına və seçki qanunvericiliyinə ictimai etimadın formalaşması üçün kifayət etmir.

Qeyd edilir ki, Azərbaycanın SM-də qəbul edilmiş əlavələr 2004-cü il üzrə tövsiyyələrin çox az bir hissəsini əhatə edir, nəzərdə tutalanlar isə yalnız "texniki xarakter daşıyır".

"AŞPA-nın AV Nazirlər Komitəsinin israrlı xahişlərinə baxmayaraq,, beynəlxalq strukturların müxtəlif tövsiyələri Azərbaycan hökuməti tərəfindən nəzərə adlınmadı", -deyə VK qərarında bildirilir.

Sənəddə həmçinin, son illər beynəlxalq təşkilatlar tərəfindən dərc olunan Azərbaycanda seçki prosesinə dair dörd sənəd öz əksini tapıb. Onların arasında ATƏT-in İHDİB-nun 2003-cü il prezident seçkiləri üzrə yekun sənədləri də var.

Qeyd olunur ki, 2005-ci il iyunun 26-da Azərbaycanın Milli Məclisi tərəfindən Seçki Məcəlləsinə olunan əlavələrin beynəlxalq standartlara cavab verməsinə baxmayaraq, onların əksəriyyəti ATƏT və VK-nın tövsiyyələrinə cavab vermir və hazırki qanunu indiki şəkildə qənaətbəxş hesab etmək olmaz. Çünki burada 2003 və 2004-cü il tövsiyyələri "ya burada tamamilə əks olunmayıb, ya da qismən nəzərə alınıb"

Eyni zamanda qeyd edilir ki, bəzi mənbələrin məlumatına görə, Azərbaycan hökuməti deputatlığa namizəd kimi qeydiyyatdan keçən vətəndaşların ödənişlərinin həcmini aşağı salıb. "Lakin nə ATƏT-in insan haqları və demokratik institutlar Bürosu, nə Venesiya Komissiya hələləik bü məsələ barədə rəsmi dəlillərə malik deyil",- deyə məlumatda bilidirilir.

Qərarın mətninin layihəsində göstərildiyi kimi, iyunun 25-26-da Milli Məcdisin iclasında Azərbaycanın Seçki Məcəlləsinə edilmiş əlavələri də "Venesiya Komissiyasının tövsiyələrinin nəzərə alınması" kimi qəbul etmək lazımdır.

Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər üzrə Venesiya Komissiyasının yekunun layihəsi Venesiya Komissiyası, ATƏT-in İHDİB-nun nümayəndələri tərəfindən 3 ekspertin - Rumen Maleyevin (ATƏT İHDİB), Corc Noltenin (VK-nın Almaniyadan olan üzvünü əvəz edir) və Pyotr Patsolayın (VK-nın Macarıstandan olan üzvünü əvəz edir) şərhləri əsasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti