...

İLHAM ƏLİYEV HEYDƏR ƏLİYEV ADINA LİSEYİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Siyasət Materials 15 Sentyabr 2005 12:10 (UTC +04:00)

"Azərbaycanda 100 yeni məktəbin inşası artıq başa çatır". Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 15-də Azərbay can prezidenti İlham Əliyev Heydər Əliyev adına liseyin açılış mərasimində bəyan edib.

O bildirib ki, Azərbaycanın iqtisadi inkişaf tendensiyaları gücləndikdən sonra hökumət yeni məktəblərin tikintisinə daha çox diqqət ayıracaq.

"Azərbaycanda 4500-dən çox məktəb fəaliyyət göstərir və onların çoxu əsaslı təmir olunmalıdır. Yeni məktəblərin inşası və mövcud məktəblərin təmir olunması üçün 2006-cı ilin dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulub. Məktəblərin maddi-texniki bazasının bərpa olunmasına böyük ehtiyac var və biz bu istiqamətdə də işləyəcəyik", - deyə prezident qeyd edib.

Liseyin direktoru Fikrət Xəlilov məlumat verib ki, 1,25 ha sahəsi olan üç mərtəbəli təhsil müəssisəsi 4 korpusdan ibarətdir və 844 məktəbli üçün nəzərdə tutulub. Burada 32 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, linqafon otaqları, iki idman zalı, kompüter və kinozallar var, məktəbin həyətində isə futbol, voleybol və basketbol meydançaları qurulub.

"Azərneftyağ" neft emalı zavodunun direktoru Ramiz Mirzəyev isə bildirib ki, lisey zavodun gəlirləri hesabına tikilib və bu məqsədlə 14 mlrd 318 mln manat vəsait ayrılıb ki, bunun da 2,7 mlrd manatı avadanlığın alınmasına sərf olunub.

Xəbər lenti

Xəbər lenti