...

II ALEKSİ: AZƏRBAYCAN BÜTÜN DÜNYA MÜSƏLMAN VƏ XRİSTİANLARININ BİRGƏ YAŞAMASI ÜÇÜN YAXŞI NÜMUNƏ OLA BİLƏR

Siyasət Materials 15 Sentyabr 2005 15:26 (UTC +04:00)

Azərbaycan bütün dünya müsəlman və xristianlarına yaxşı nümunə ola bilər. Trend bildirir ki, sentyabrın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə ilə görüşündə Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi bu barədə bəyan edib.

Patriarx qeyd edib ki, Azərbaycan həmişə tolerant dövlət olub və olaraq qalır.Burada Müsəlmanlarla yanaşı digər dini konfensiyaların nümayəndələri də mehriban qonşuluq şəraitində yaşayır.O, bu məsələdə Azərbaycan rəhbərliyinin və Qafqaz şeyxulislamının rolunu və xidmətlərini yüksək qiymətləndirib.

Patriarx dini yüksəlişdə şeyxulislamın xidmətlərini xüsusi qeyd edib.Bütün pravoslavların dini lideri şeyxulislamı dini rəhbərliyinin 25 illiyi münasibətilə təbrik edərək Bakı eparxiyasına xüsusi dəstəyinə görə ona təşəkkür edib.

O, qeyd edib ki, "təəssüf ki, bu gün islam, xristianlıq və digər dinlərin pərdəsi altında artan siyasi ekstremizm bizi çox narahat edir.Biz bir daha bəyan edirik ki, terrorizmə və separatizmə bəraət yoxdur". Patriarx həm də əmin olduğunu bildirib ki, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi "bütün tərəflərin maraqları nəzərə alınmaqla" nizama salınacaq.

QMİ sədri Patriarxın Azərbaycana gəlişini onun ölkəyə xüsusi münasibəti və xalqlarımız, eləcə də ölkələrimizin pravoslav xristianları və müsəlmanları arasında mehriban münasibətlərə sübut olaraq yüksək qiymətləndirib.Şeyxulislam bildirib ki, "bu dialoq bizə insan qırğınına yönəlmiş hərbə qarşı birgə mübarizə aparmağa imkan verəcək".

Patriarx şeyxulislamı dini rəhbər kimi yubileyinin 25 illiyi münasibətilə təbrik edib və ona Müqəddəs Sergi Radonejski Ordeni və xatirə hədiyyələri təqdim edib.

Sonda dini liderlər birgə bəyannamə imzalayıb.

Xəbər lenti

Xəbər lenti